F-1.az xatırladır ki, Binotto 2016-cı ildən texniki direktor, 2019-cu ildən isə komanda rəhbəri vəzifələrini icra edir. Lakin rəsmi olmayan məlumatlara əsasən italiyalı mühəndis Almaniya Qran Prisindən etibarən yalnız komanda rəhbəri vəzifəsini icra edəcək. Bəzi məlumatlara əsasən komandaya yeni texniki direktor gəlməyəcək və bu vəzifə 3 nəfər arasında bölüşdürüləcək.
M.Binotto vəzifəsindən ayrılır
Ferrari komandasında hazırda həm rəhbərlik, həm də texniki direktorluq edən Mattia Binotto artıq sadəcə komanda rəhbəri olacaq.