F-1.az xatırladır ki, hamı yenilənən texniki reqlamentə görə Ferrari-nin 2022-ci ildə hegemon olacağını gözləyirdi, amma düşünülən olmayıb və Ferrari mövsüm ərzində sadəcə dörd qələbə qazanıb. Bu nəticələr də özü ilə tənqidləri gətirib.
Mattia Binotto: “Çətin mövsüm idi, çünki təzyiqləri qəbul etmək asan deyildi. Komandaya da motivasiya verməli idim. Tənqidlər komandanın motivasiyasına təsir edirdi və komandanın əhvalını qaldırmaq asan deyildi. Belə hallarda daha güclü olmağı öyrəndim. Sadəcə özümüzə inanmalıyıq”.