F-1.az xatırladır ki, almaniyalı sürücü Lyuis Həmiltonla mübarizə apararkən, yerində fırlanıb və daha sonra ön qanadı qırıldığı üçün 5-ci yeri tutub.
Mattia Binotto: “Şarla görə sevinirəm. Amma iki sürücümüz barədə də düşünməliyəm. Sebastyan üçün yaxşı yarış olmadı. İkinci yerdə gedərkən səhv etdi. Amma gələcəkdə bunu kompensə edə bilər. Hər iki sürücümdən razıyam. Yarışda bu cür hallar labüddür. Mübarizə aparmaq asan deyil. Buna görə də başa düşmək olar. Heç kimi günahlandırmayacam. Ancaq Sebastyandan yerində fırlanmağın səbəbini soruşacam.
Leklerə nə oldu bilmirəm. Hər şeyi yoxlayacağıq. Yarışı üçüncü bitirməyimiz yaxşı oldu. Bu xallar bizə lazım olacaq. Ən sürətli dövrədən gələn 1 xal da bizdədir. Buna görə Leklerə minnətdaram. Təbii ki, məyusuq. Ancaq bu həftəsonunun müsbət tərəflərinə baxmalıyıq”.