M.Binotto: Sürücü heyətimiz çox yaxşıdır

Ferrari komandasının rəhbəri Mattia Binotto bilidirib ki, ən yaxşı sürücü heyətinə sahibdirlər.

F-1.az xatırladır ki, Karlos Sayns indiyə kimi 83, Şarl Lekler isə 80 xal toplayıblar. Ferrari komandası hazırda Mühəndislər Kubokunda üçüncü yerdədir.

Mattia Binotto: “Əksər səbəblərə görə xoşbəxtəm. Məncə, peletondakı ən yaxşı sürücü heyətinə sahibik. Şarlın əla sürücü olduğunu bilirdik, amma davamlı inkişaf edir. Buna görə çox sevincliyik.

Qələbə qazanmaq üçün bəzi fürsətlərimiz oldu. Birinci Monakoda, amma hamımızın bildiyi səbəbə görə alınmadı. Karlos da komandaya tez öyrəşir. Hər yarış təkmilləşir. Şarl üçün də əsl ölçü olub. Mühəndislər Kuboku üçün yaxşı xallar qazanan iki sürücümüz var. Buna görə xoşbəxtəm. Bu cütlük bizə çox uğur qazandıracaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*