F-1.az xatırladır ki, italiyalı mütəxəssis 1995-ci ildə Ferrari-nin motor şöbəsinə işə düzəlib. O dövrlər Mixael Şumaxerin öndərliyində Ferrari-ni zirvəyə qaldıran komandanın bir parçası olub. Binotto 2019-cu ildən Ferrari komandasının rəhbəridir.
Mattia Binotto: “Gözəl dövrlər idi və o komandanın bir parçası olduğum üçün qürurluyam. Şumaxerdən çox şey öyrəndim və hazırda sahib olduğum liderlik istedadını ondan götürmüşəm. Bunu heç vaxt unutmayacam”