F-1.az xatırladır ki, ispaniyalı sürücü komandada dördqat Dünya Çempionu Sebastyan Fetteli əvəz edib və həm qış testlərində, həm də cümə günü sərbəst yürüşlərində yaxşı performans göstərib.
Mattia Binotto: “Hər şey yaxşı gedir və yaxşı mənada təəccübləndik. Biz bilirdik ki, güclü sürücüdür, sürətlidir və yarış tempində güclüdür, ancaq o komandaya təcrübə də gətirdi. Çünki yaşı az olsa da, təcrübəlidir. Şarlla yaxşı yola gedirlər və komandada yaxşı ab-hava var. Bəzən belə dəyişikliyə ehtiyac olur və biz bunu axtarırdıq. Buna görə xoşbəxtik”.