F-1.az xatırladır ki, 2014-cü ildə V6 mühərriklərin Formula1-ə gəlməsindən etibarən bütün sürücülər yarışı 100 kq yanacaqla bitirməlidir.
Mattia Binotto: “Rusiyada uzun düzlüklər və çox sürətli döngələr var, ancaq eyni zamanda yüksək əylənmə nöqtələri və çıxışında ciddi sürətlənmə tələb edən döngələr var. Bunlar həm enerjini nəzarətdə saxlamaqdan, həm də mühərrik gücündən vacib ola bilər, çünki uzun düzlüklərdə yüksək sürətlənmədə, döngələrdə və trasın hər yerində hər dövrə göstəriciləri yaxşılaşdırmaq, eyni zamanda mühərrikdə və bütün sistemdə enerjiyə yaxşı nəzarət etmək lazımdır.
Rusiyada sürücülər yarışa fərqli tərzdə nəzarət edə bilərlər. Ötmələr etmək üçün fürsətlər olacaq və buna görə də bolidi sürətləndirmək və fərqli strategiyalar tətbiq etmək çox vacibdir.
Rusiya yarışında yanacaq sərfiyyatına nəzarət etmək çox çətindir. İki il əvvəl oraya gedəndə gördük ki, bu yarışı 100 kq yanacaqla bitirmək çətin olacaq. Ona görə də yarışda yanacağa qənaət etməli və yarış məsafəsinə fokuslanmalıyıq”.