M.Binotto rəqabətdən razıdır

Ferrari komandasının rəhbəri Mattia Binotto sürücüləri arasındakı rəqabətdən razıdır.

F-1.az xatırladır ki, Şarl Lekler sonuncu Bəhreyn yarışında Sebastyan Fetteli keçmişdi. Gənc sürücü Avstraliyada dördqat Dünya Çempionuna hücum etsə də, komanda əmri ilə geri çəkilməli olmuşdu. Binotto isə Fettelin işinin çətin olacağını düşünür: “Məncə, yaxşı haldır. Çünki komandada mübarizə çox vacibdir. Sürücü komandanın inamını hiss etməlidir. Onun özünü yaxşı hiss etməsi üçün hər şey edirik. Amma hər şeydən əsas güclü boliddir. Güclü maşınınız varsa, probleminiz olmaz. Eyni zamanda bolid Fettelin istədiyi kimi olmalıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*