F-1.az xatırladır ki, italyanlar mövsümə möhtəşəm başlanğıc etsələr də, sonradan Red Bull-dan çox geri qalmışdılar.
Mattia Binotto: “Düşünürəm ki, Red Bull-a uduzduğumuz bir neçə amil var idi. Ağlıma gələn ilk şey odur ki, inkişaf baxımından onların planlaşdırılmış marşrutu var idi, bu da maşının çəkisini azaltmaq idi. Bizim isə belə məsələmiz yox idi. Maşının performansını üzə çıxarmaq üçün nə etməli olduqlarını bilirdilər. Bu, bizim üçün daha çətin idi, çünki biz maşını aerodinamik inkişaf və yeni konsept vasitəsilə təkmilləşdirməyə çalışırdıq. Həm də düşünürəm ki, geriyə baxanda, bəlkə də bizim etdiyimiz kifayət olmayıb. Biz çox erkən dayandıq, bunun da əsas səbəblərindən biri xərclərin çox olması idi. Yenə də götür-qoy etməli olduğumuz şeylər var”.