F-1.az xatırladır ki, “qırmızılar” ilk 3 yarışın ikisində qalib gəlsələr də, İmola və Mayami yarışlarında aşkar formada Red Bull-dan geri qalıblar. Lakin Ferrari hələ də böyük yeniliklər gətirməyib, ancaq Red Bull ilk beş yarışın hamısına demək olar yenilik gətirib.
Mattia Binotto: “Red Bull-un nə qədər inkişaf etdiyi bizi narahat etmir. Fərq çox böyük deyil. Unutmayın ki, Mayamidə sıralanma turunda ilk iki yeri tutmuşduq. Sıralanmada Red Bull-dan güclü idik. Buna görə də aradakı fərq çox deyil.
Bizim yeganə narahatlığımız onların büdcə limitində nə qədər inkişaf etməsidir. Bir nöqtədə əl saxlamalıdırlar”.