F-1.az xatırladır ki, Fransa yarışında Lekelr qəza etmiş və qəzadan sonra radiodan komandasına qaz pedalınə tapa bilmədiyini demişdi. Bundan sonra əksəriyyət düşündü ki, monakolu sürücü qaz pedalı probleminə görə qəza edib. Lakin 24 yaşlı pilot daha sonra mətbuata qəzanın öz səhvi olduğunu deyib.
Mattia Binotto: “Qaz pedalı ilə bağlı heç bir problem yox idi. Yəni problemlərin Avstriya ilə əlaqəsi yoxdur. Qəza Şarlın səhvinə görə oldu. Lakin bu hal onun güclü sürücü olduğu reallığını dəyişdirmir.
Komanda radiosundan eşitdiyiniz isə geri sürətlə baryerlərdən çıxmağa görə idi. Bariyerlərdən çıxmaq istəsə də, motor torku lazımi reaksiyanı vermədi. Problem yox idi. Sadəcə elə işləyirdi”.