M.Binotto: Pit-stoplarda zəifik

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, pit-stoplar ən zəif yerləridir.

F-1.az xatırladır ki, “qırmızılar” Türkiyə yarışından sonra ABŞ-da da Karlos Saynsa gec pit-stop ediblər və növbəti dəfə dəyərli xallar itiriblər.

Mattia Binotto: “Karlos doğrudan da əla sürdü. Ancaq pit-stop çox vacib idi və orada yaşananlar bizi məyus etdi. Rikkardonu qabaqlamaq üçün erkən pit-stop etdik, amma problem yaşadıq.

Pit-stoplar bu il ən zəif yerimizdir və bunu təkmilləşdirməliyik. Hər detal çox vacibdir. Amerikadakı pit-stop səhvi bizə iki yer itirtdi. Karlos üçün də pis oldu. Şarl isə Rikkardonu 25 saniyə qabaqlamışdı və hər dövrə 0.5 saniyə sürətli idi. Karlos da isə bu üstünlükdən istifadə edə bilmədik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*