F-1.az xatırladır ki, Mercedes son yarışlarda Ferrari-yə çatıb. hətta Meksikada açıq-ara “qırmızlardan üstün olub.
Mattia Binotto: “Mercedes bizə çatır və Meksikada bizdən öndə idilər. Lakin uzun müddətdir ki, bolidin inkişafını dayandırmışıq. Bütün gücümüzü 2023-cü ilə yönləndirmişik. Buna görə də narahat deyilik. F1-75-in inkişafı harada dayanıb bilirəm.
Maks və Red Bull bütün titulları qazandı. İndi isə əsas məqsəd mövsümün son iki yarışında Mercedes-lə olan 40 xallıq fərqi qorumaqdır. Bu da simvolik şeydir.
Meksikadan əvvəlki üç yarışda güclü idik. Sinqapurda qələbə uğrunda mübarizə apardıq. Yaponiyada yağışlı havada Ferstappendən çox geri qaldıq, amma bu sramatik deyil, çünki sıralanma turunda öndə idik. Ostində də sıralanma turunda güclü idik. Meksikada isə zəif idik və bu, biryarışlıqdır.
Meksikada taktika cəhətdən yaxşı qərarlar verdik və tək pit-stoplu strategiya seçdik. Bir ara Şarl üçün iki pit-stoplu strategiya seçmək istəsək də, gördük ki, çox geriyə düşəcəyik”.