M.Binotto: Mercedes ən sürətli komandadır

Ferrari komandasının rəhbəri Mattio Binotto bildirib ki, Braziliyada qələbə şansları olmayıb.

F-1.az xatırladır ki, son restartdan sonra Karlos Sayns daha təzə Soft təkərlərlə Peresi gec keçib. Buna görə də hər iki Mercedes fərqi açıb gediblər. Lakin Binotto bildirib ki, onsuz da İnterlaqosda Mercedes-i keçməyə gücləri olmayıb.

Mattia Binotto: “Qələbəni itirmədik. Mercedes çox sürətli idi. Mübarizə aparardıq, amma Peresi belə keçmək çətin oldu. Mercedes-i keçmək daha çətin olardı. Onların sürəti gözləniləndir. Son yarışlarda strategiya səhvləri etməsələr, daha çox yarış qazanardılar. Son yarışların ən sürətli komandası onlar idi. Buna görə qələbələri təəccüblü deyil. Ostinə gətirdikləri aero yeniliklər əla işlədi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*