F-1.az xatırladır ki, “gümüşü oxlar” mövsümə 4 qələbə dublu ilə başlayıb və hazırda əsas rəqibi Ferrari-ni 74 xal qabaqlayır.
Mattia Binotto: “Mövsümün ilk 4 yarışında Ferrari qalib gələ bilmədi. Mercedes isə hər 4 yarışda qalib gəldi. Güclərinə şübhə yoxdur. Maşınları bir az yaxşıdır. Amma aradakı fərq çox deyil. Bakıda onlar qədər sürətli olmasaq da, 20 saniyə geridə qalmadıq. Yarış tempindəki nəticələrə baxsanız, fərq o qədər də çox deyil. Üzərində işləyib, bu fərqi bağlaya bilərik. Sıralanma turu üçün maşınımız yaxşı idi. Poul qazana bilərdik. Əgər bolidin poul qazanmaq potensialı varsa, deməli yaxşıdır. Yarışlar isə fərqlidir. Təkərlərə nəzarət etmək çox vacib olur. Önünüz boşdursa, işiniz asandır. Buna görə də startdakı yerimiz nəticəyə təsir etdi”.