F-1.az xatırladır ki, Maks İtaliyada yarışa 7-ci yerdən başlasa da, qələbə qazanıb.
Mattia Binotto: “Düzünü desəm, yarışda əlimizdən heç nə gəlmirdi. Hər şeyi sınadıq, amma Maks əla yarışdı. Çox sürətli idi və təkərləri bizimki kimi yeyilmədi. Qələbəyə layiq idilər.
Birinci strategiyamız tək pit-stop etmək idi. Virtual təhlükəsizlik maşını olmasa, Lekler trasda qalacaqdı. Amma sarı bayraqlar çıxanda düşündük ki, strategiyanı dəyişmək doğru olar. Maksla eyni strategiyada olmamaq üçün iki pit-stop etmək istədik. Eyni strategiyada ondan sürətli ola bilməzdik.
Red Bull da pitə hazırlaşırdı və biz nə etsək tərsini seçəcəkdilər. Şarl pitə gələndə Maks trasda qaldı. Bundan sonra da o çox sürətli idi”.