F-1.az xatırladır ki, monakolu sürücü Avstraliya yarışında Fettelə yaxınlaşsa da, komandasını dinləyərək ona hücum etməyib və yarışı beşinci yerdə bitirib.
Mattia Binotto: “Onun komanda oyunçusu kimi davranması xoşuma gəldi. Əlindən gələni etdi. Bütün həftəsonu ərzində mühəndislərlə vaxt keçirərək, bolidi gücləndirdi. Bütün həftəsonunu nəzərə alsaq, çox güclü idi. Sıralanma turunda mükəmməl deyildi, amma ilk iki sessiyada əla sürdü. Son sessiyada zəifləməsinə baxmayaraq, ümumilikdə performansı çox yaxşı idi. Pit-stopdan sonra əla sürdü. Startdakı davranışından da razıyam”.