F-1.az xatırladır ki, Lekler bu il komandaya yeni gəlmiş Karlos Saynsı sadəcə 6.5 xal qabaqlayır.
Mattia Binotto: “Leklerə uzun illərdir ki, sərmayə qoyuruq., çünki əminik ki, o, Ferrari-nin növbəti çempionu olacaq. Karyerasının əvvəlindən onu tanıyırıq. İstedadına bələdik və bu, çox vacibdir. Həmişə 2019-cu il Montsada Həmiltonla mübarizəsi yadıma düşür ya da Silverstounda Ferstappenə qarşı…
O təzyiqə qarşı davamlıdır. Qazanmaq üçün istedadı da var. Hazırda təkərlərlə daha yaxşı davranır. Bu yöndən özünü təkmilləşdirib. Bu, istedadlı sürücülərin fərqidir. İstedadınız varsa, boliddən maksimumu ala bilərsiniz. Şumaxer və Alonso da belə idi. Şarl bizə Jil Vilnövü xatırladır”.