F-1.az xatırladır ki, son günlər Lyuis Həmiltonun gələn ilin sonunda Ferrari-yə keçəcəyi ilə bağlı şayiələr dalğası yeni vüsət alıb.
Mattia Binotto: “Ferrari-nin üstünlüyü sürücülər arasında populyar olmasıdır. Biz buna görə digərlərindən fərqlənirik. 2021-ci il heyətimizə may ayında qərar vermək istəyirik. Lyuisə gəldikdə isə, o, mükəmməl sürücüdür və bizim komandada yarışmaq istəməsi qürurvericidir. Ancaq gələcəyimiz Leklerlə bağlıdır və Fettel də layihəmizin əsas fiqurudur. Şarl bizim gələcək üçün sərmayəmizdir. O, bizim liderimiz olacaq və ona güvənirik. Sebastyan da Ferrari üçün vacibdir və təcrübəlidir. Onun geribildirimlərinə ehtiyacımız var. Mövsümün ikinci yarısında hələ də sürətli olduğunu isbatladı. Bəzən səhvlər elədi, ancaq Sebastyan Ferrari üçün vacibdir. Bu cür sürücü heyətimiz olduğu üçün şanslıyıq. Sebastyanla danışacam və planlarımızı təhlil edəcəyik”.