F-1.az xatırladır ki, “qırmızılar” bu il üç dəfə poul qazansalar da, qələbə üzünə həsrət qalıblar.
Mattia Binotto: “Silverstoun trasının bolidimizə uyğun olmadığını düşünürəm. Lakin bütün yarışlarda gözlənilməz hadisələr ola bilər. Bolidimizi təkmilləşdiririk. Britaniyaya aerodinamik dəyişikliklərlə gedirik”.
Qeyd edək ki, Ferrari hazırda Mühəndislər Kubokunda lider Mercedes-dən 135 xal geridə ikinci yerdədir.