F-1.az xatırladır ki, Ferrari mövsümə bərbad başlayıb. İlk üç yarışda cəmi 27 xal toplayan italyanlar hazırda orta qrup komandaları ilə mübarizə aparırlar. Buna görə də əksəriyyət düşünür ki, həm Binotto, həm də digər mühəndislər qovulmalı və yeniləri gətirilməlidir.
Mattia Binotto: “Komandada işləyən hər kəsə güvənirəm. Yenidən qalib gəlmək üçün bir prosesə başlamışıq. Bir az vaxt alacaq, amma bütün şirkət bu ideyanı dəstəkləyir. Buna görə də dediqodular mənə gülməli gəlir. İnsanları işdən qovmaq çıxış yolu deyil.
Üç yarışdan sonra çox geridəyik və buna reaksiya verməliyik. Əlimizdə sehirli çubuq yoxdur, amma qısa müddətdə işləri həll etməliyik”.