F-1.az xatırladır ki, Binotto daha əvvəl Ferrari-nin texniki direktoru idi, amma qışda Arrivabenenin getməsindən sonra həm də komandanın rəhbəri olub.
Mattia Binotto: “Sürücüləri idarəetmə vəzifəsi mənimçün yenidir. Amma 25 ildir ki, Formula1-dəyəm və mühəndis kimi çox sürücü ilə işlımişəm. Yəni ki, təcrübəm var. Sürücülərimə görə bəxtəvərəm. İkisi də sürətlidir və komanda oyunçularıdırlar. Amma biz Sebastyanı dəstəkləyirik”.