M.Binotto ikinciliyə sevinir

Ferrari komandasının rəhbəri Mattia Binotto hər iki cəbhədəki ikincilikdən razı qalıb.

F-1.az xatıraldır ki, 2020 və 2021-ci illərdə qələbəyə həsrət qalan Ferrari komandası bu il 4 yarış qazanıb və hər iki çempionatda ikinci olub.

Mattia Binotto: “Hər iki cəbhədə qazandığımız ikincilik gördüyümüz işlərin bəhrəsi idi. Komanda Əbu Dabidə yaxşı işlədi və dedi-qodulara qulaq asmadı.

Mühəndislər Kubokunda qazandığımız ikinciliyə layiq idik. Əbu Dabidə daha sürətli olduq. Mercedes bizə hər sahədə uduzdu.

Şarlın ikinciliyi isə bizim taktika hesabına qazanıldı. Biz pit-stop edəcəkmiş kimi görünüb etmədik və Red Bull-u aldada bildik. Bu həmləyə görə sürücüləri və komanda körpüsünü təbrik edirəm.

Şarl Əbu Dabidə yaxşı sürdü və təkərlərə yaxşı nəzarət etdi. Yas Marinada yarış tempinə köklənmişdik. Şarl təkərlərə yaxşı nəzarət etməli idi, məsələn Həmilton ilk dövrələrdə aqressiv davranıb təkərləri öldürdü. Şarl isə soyuqqanlı idi və ikinciliyə layiqdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*