F-1.az xatırladır ki, 2020-ci il mövsümünün ilk 9 yarışından 7-i təxirə salınıb və 2-i ləğv olunub. Formula1 rəhbərliyi isə mövsümü Avropada başlatmaq istəyir.
Mattia Binotto: “İdman reqlamentinə əsasən çempionatın alınması üçün 8 yarışa ehtiyacımız var. Ancaq hamı daha çox yarış istəyir. Əminəm ki, Çeyz Keri və komandalar bu vəziyyətdə ən yaxşı təqvimi hazırlayacaqlar. Biz hər şeyə hazırıq. Heç bir ideyaya qarşı olmayacağıq.
Mövsümün başlama tarixini bilmək çətindir. Bunu hələ heç kim bilmir. Formula1 rəhbərliyi mövsümü iyulda başlamaq istəyir. Ancaq bu barədə danışmaq tezdir. May ayının sonunda vəziyyət qətiləşəcək. Mövsümə tez başlayıb çox yarış keçirmək hamımızın xeyrinədir”.