F-1.az xatırladır ki, Ferrari komandasının iki sürücüsü Ştiriya Qran Prisinin startında qəza edətək mübarizəni dayandırıblar. Yarışdan sonra Şarl Lekler bütün məsuliyyəti öz üzərinə götürüb.
Mattia Binotto: “Çox məyusuq. Hər iki maşının ikinci dövrədə mübarizəni dayandırması çox pisdir. Orta qrupdan start alanda çox hadisə olur. İndi isə növbəti yarışlara fokuslanmalıyıq və sürətlə inkişaf etməliyik.
Sürücülərə deyəcək sözüm yoxdur. Sadəcə yarışı belə bitirmək çox pis oldu. Həftəsonu onsuz da çətin keçirdi və bu da bizimçün ən pis nəticədir. Lakin indiki halda heç kəsi günahlandırmaq olmaz. Çox işləməliyik”.