F-1.az xatırladır ki, almaniyalı sürücü yarışın startında yerində fırlanaraq, sonuncu pilləyə düşüb və yarışı 12-ci yerdə bitirib. Fettel bu uğursuzluğunu strategiya səhvi ilə əlaqələndirsə də, komanda rəhbəri Binotto uğursuzluğu Fettelin yerində fırlanması ilə əlaqələndirib.
Mattia Binotto: “Sebastyanın komandaya olan inamının itdiyini düşünmürəm. Sıralanma turu onunçün pis keçdi və buradakı iki yarışda da boliddən razı deyildi. Startda təkəri qazonlu sahəyə çıxdığı üçün yerində fırlandı.
Komanda düzgün strategiya seçdi və Sebastyanı cəzalandırmadıq. Onun yarışına startdakı yerində fırlanma təsir elədi. Strategiyalıq bir şey yoxdur. Ona kömək edəcəyik. Barselona trası Silverstoundan fərqlidi. Oranı əla tanıyır. Şassini dəyişmək Fettelin özünə olan inamını artıracaqsa, bunu da edəcəyik”.