M.Binotto: Fransadan sonra inkişafı dayandırdıq

Ferrari komandası 2022-ci il bolidi F1-75-in inkişafını Fransa yarışından sonra saxlayıbmış.

F-1.az xatırladır ki, “qırmızılar” keçən mövsümə güclü başlamış və ilk 3 yarışda 2 qələbə qazanmışdılar. Lakin daha sonra İspaniya və Azərbaycan yarışlarında Lekler lider gedərkən motor partlamış və bununla da çempionatda Ferstappenin gerisinə düşmüşdü.

Monakolu sürücü Fransa yarışında da lider gedərkən qəza etmiş və çempionluq yarışından demək olar qopmuşdu.

Mattia Binotto: “Fransa Qran Prisindən sonra F1-75-in üzərində işləməyi dayandırdıq. Yay aylarında isə tamamilə 675-in üzərində işləməyə başladıq. Bu da mövsümün ikinci yarısında performansımıza təsir etdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*