M.Binotto: Fransadan sonra ab-hava pis idi

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Fransadan sonra komandada ab-hava yaxşı olmayıb.

F-1.az xatırladır ki, Lekler keçən bazar günü Pol Rikarda lider gedərkən bolidinin idarəetməsini itirmiş və mübarizəni dayandırmışdı. Nəticədə monakolu sürücü əsas rəqibi Ferstappenin 63 xal gerisinə düşüb.

Mattia Binotto: “Pol Rikardakı yarışdan sonra brifinq asan deyildi. Hamı ruhdan düşmüşdü. Daha sonra Şarl evinə getdi və orada dincəlib Macarıstana hazırlaşdı. İndi özünə gəlib və Macarıstan yarışını qazanmaq istəyir. Pol Rikar yarışı geridə qaldı. Bu səhifəni çevirdik. Şarl formadadır. Sürətlidir və qalib gələ bilər”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*