F-1.az xatırladır ki, Şarl Lekler sonuncu Britaniya yarışında 3-cü olduğu halda, Fettel finişə 10-cu yerdə çatıb.
Mattia Binotto: “Bugünkü yarış Sebastyan üçün çətin keçdi. Onunçün daha çox işləməliyik. Cümə günü problemlər yaşadı və vaxt itirdi. Ümumilikdə isə bu həftəsonu maşında özünü yaxşı hiss etmədi. Buna görə də onun problemlərini araşdırmalıyıq. Onun bolidində görüləcək çox iş var”.