F-1.az xatırladır ki, italiyalı mütəxəssis 2016-cı ildə Ceyms Əllisonu əvəz etmiş və son iki ildə Mercedes-lə mübarizə apara bilən maşın hazırlayıb. Bəzi iddialara əsasən, Binotto ilə Arrivabene arasında münasibətlər heç də ideal səviyyədə deyil.
Bu barədə Formula1 jurnalisti Luis Vaskonselos danışıb: “Ferrari-nin rəqibləri vəziyyəti dəyərləndirirlər. Mercedes və Renault hazırda Binotto ilə maraqlanırlar. Bəzi resurslara əsasən, Binotto Ferrari-nin rəhbəri Luis Kamilyeriyə – “ya mən, ya da Arrivabene” deyib”.
Qeyd edək ki, Mercedes daha əvvəl Ferrari-dən Ceyms Əllison və Lorenso Sassini transfer edib. Növbədə Binnottodur?