F-1.az xatırladır ki, “qırmızılar” Avstriyada keçənilki nəticələrinə 0.9 saniyə uduzublar.
Mattia Binotto: “Avstriyadakı hadisələr Barselonanı xatırlatdı. Bolidi təkmilləşdirməliyik, çünki dizaynda, davranışlarda və aerodinamikasında qəribəliklər var. Fasilə vaxtı bunlar üzərində işləməyə başlamışdıq. Qısa müddət ərzində yenilikləri gətirəcəyik.
Əlimizdə sehirli çubuq yoxdur. Bolidin davranışlarını düzəltməliyik. Sıralanma turunda poul alan sürücüyə 1 saniyə uduzurduq. Bunun 0.3 saniyəsi döngələrin payına düşür. Qalan 0.7 saniyə isə güc qurğusunun…
Bu fərqi bağlamaq çətin olacaq, çünki mühərriyin inkişafını dondurmuşuq. Görək gələcəkçün nə edirik”.