M.Binotto: DAS sistemindən istifadə etməyəcəyik

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, 2020-ci ildə DAS sistemindən istifadə etməyəcəklər.

F-1.az xatırladır ki, Mercedes komandası birinci qış testlərində DAS sistemindən istifadə etmiş və söz-söhbətlərə səbəb olmuşdu. Bu sistem təkərlərin bucağının dəyişməsinə kömək edir və beləliklə, təkərlər daha az yeyilir həm də düzlüklərdə bolidin sürəti artır.

Mattia Binotto: “Bu həftə bolidi daha yaxşı anlamaq üçün sazlanmalar üzərində işləyirik. Keçən il səhvlər elədik və indi onlardan dərs çıxarırıq. Etibarlılıq cəhətdən narahat deyilik. Ancaq heç şübhə yoxdur ki, ən sürətli maşın Mercedes-dədir. Rəqiblərimiz deyirlər ki, biz güc qurğusunu qənaət rejimində işlədirik. Lakin bu, doğru deyil. Bolid keçənilkindən güclüdür və döngələrdə daha yaxşıdır. Lakin düzlüklərdə daha yavaşdır. Asfaltayatma qüvvəsinə fokuslandıq və indi də sürəti artırmağa çalışırıq.

Biz keçmişdə DAS-a bənzər bir sistemi tətbiq etmək istədik. Ancaq reqlamentə uyğun olmasına şübhə etdik. Bizə nə qədər qazanc gətirəcəyini bilmirdik. DAS bizim bolidimizdə olmayacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*