F-1.az xatırladır ki, “qırmızılar” mövsümə əla başlasalar da, son qələbələrini iyul ayında alıblar.
Mattia Binotto: “Çox sahədə inkişaf etməlkyik. Fərqli sahələrdən problemlər çıxır. Ən əsası dözümlülükdür. Xallar qazanmaq üçün etibarlı bolidiniz olmalıdır.
İkincisi sürətdir. Düzdür, sıralanma turunda sürətliyik, amma yarışda yox. Tempimiz qələbəyə bəs etmirdi. Bu iki sahədə inkişaf etməliyik. Sürətıi və dözümlü maşınınız olsa, pitlərdə səhv etsəniz belə sürət hesabına bunu kompensə edərsiniz.
Bundan başqa strategiyada da diqqətli olmalıyıq. Fərqli qərarlar verməyi öyrənməliyik”.