M.Binotto çox məyusdur

Ferrari komandasının rəhbəri Mattiabinotto bildirib ki, poulu az fərqlə qaçırdıqları üçün məyusdurlar.

F-1.az xatırladır ki, Suzukada poulu Red Bull-dan Maks Ferstappen qazanıb. Lekler 0.010 saniyə geridə qalaraq ikinci olub. Sayns isə niderlandlı sürücüdən 0.050 saniyə geri qalıb və üçüncü yerə razı olub.

Mattia Binotto: “Bu qədər az fərqlə poulu əldən vermək məyusedicidir. Sürücülərimizin zirvəyə belə yaxın olması sevindiricidir. İki sürücü də poul uğrunda mübarizə apardı. Sabah yarış quru havada başlayıb, sonra yağış yağa bilər. Ya da tərsi, yaöışda başlayıb, sonra quruya bilər. Buna görə də təkər qoruduq. Sabah üçün yeni Soft təkər dəstimiz var. Bizə üstünlük qazandıracaq.

Bazar günü səhərlər sürücülərlə startlar üzərində işləyib, təhlillər aparırıq. Bunu edərkən əsas hədəfimiz ilk döngə yox, ilk dövrə olur. Çünki bəzən startdan sonra da hücum etmək şansınız olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*