M.Binotto cəza mövzusunda fərqli düşünür

Ferrari komandasının rəhbəri Nattia Binotto düşünür ki, büdcə limitini aşan komandalara bolidi təkmilləşdirməmə cəzası gəlməlidir.

F-1.az xatırladır ki, Red Bull komandası 2021-ci ilin maliyyə raportlarına görə büdcə limitni aşıb. “Qırmızı Öküzlər”in büdcə limitini 5 faizə qədər aşdığı bildirilib.

Mattia Binotto: “Qələbəni qeyd etdikdən sonra Dünya Çempionunu dəyişmək çətin olur. Bu düzgün deyil. Belə olan halda nə edilməlidir? Məncə, büdcə limitni aşan və üstünlük qazanan komanda sonrakı illərdə də üstünlük qazana bilər. Bu üstünlük bir yarışda itmir. Buna görə də bolidin təkmilləşməsi yavaşlanmalıdır. Əks halda qazandıqları üstünlük növbəti ilərdə də davam edər. Üzün sözün qısası, onların inkişafını əngəlləyən cəza verilməlidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*