M.Binotto: “Bəxtimiz gətirdi”

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, yarış 44 dövrə olduğu üçün bəxtləri gətirib.

F-1.az xatırladır ki, Fettel yarış ərzində Həmiltonu ləngidərək, Leklerin fərqi artırmasına imkan yaratmışdı. Daha sonra almaniyalı sürücünü keçən Həmilton yarışın sonlarında Leklerə yaxınlaşsa da, rəqibini keçə bilməyib və Ferrari builki ilk qələbəsini qazanıb.

Mattia Binotto
: Lyuis çox sürətli idi və onunla məsafəni qorumaq vacib idi. Yarış 44 dövrədən ibarət olduğu üçün şanslıyıq. Qələbə Şarl üçün çox vacib idi. Bu, son olmayacaq.

Şarl həftəsonu ərzində sürətli idi. Mercedes-ə qarşı yerimizi qorumalı idik. Başqa seçimimiz yox idi. Sebastyan burada Şarla kömək etdi və bu, komanda ruhu üçün əladır.

Montsada düzlüklər çox olduğu üçün orada da rəqabətədavamlı olacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*