M.Binotto ayrılır?

İtaliya mətbuatının verdiyi xəbərə görə Mattia Binotto bie neçə saat ərzində vəzifəsindən gedəcək.

F-1.az bildirir ki, onun yerinə ən real namizəd hazırda Alfa Romeo-nun rəhbəri olan Frederik Vassyördür. Mətbuat bildirir ki, Binotto ilə Ferrari artıq ayrılıq üçün danışıqlara başlayıblar və bundan sonra italiyalı mütəxəssis birdəfəlik Ferrari-dən gedəcək. Bu xəbər İtaliya mətbuatına Şarl Leklerin ətrafından gəlib.

Qeyd edək ki, dedi-qodulara görə Binottonun arası Con Elkanla yaxşı deyildi v
buna görə də komandadan ayrılmaq istəyir. Binotto Ferrari-yə 1995-ci ildə qatılıb və 28 il ərzində yüksək vəzifələrdə işləyib. O, 2019-cu ildən Ferrari F1 komandasının rəhbəri idi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*