M.Binotto: Asan olmadı

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, komandanın özünə gəlməsi üçün çox əziyyət çəkiblər.

F-1.az xatırladır ki, “qırmızılar” 2020 və 2021-ci illərdə qələbəsiz qalmış və bütün resirslarını yeni reqlamentin gəldiyi 2022-ci ilə saxlamışdılar. İtalyanların bu taktikası işə yarayıb və onlar bu ilin ilk 3 yarışında inamlı təsir bağışlayaraq, hər iki cəbhədə liderloyi zəbt ediblər.

Mattia Binotto: “Bu cür böyük layihə üçün illər lazımdır. Çox uzun çəkdi və hələ də davam edir. Hələ görüləcək işlər var. Ferrari ənənəsini qaytarmaq istəyirik. Bizi də fərqləndirən şey budur. Formula1-in bütün mövsümlərində çıxış etmişik və idman tarixinin ən uğurlu komandasıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*