M.Bezzekki titul barədə düşünmür

VR46 komandasının sürücüsü Marko Bezzekki bildirib ki, Fransada qələbə qazansa da, hələ də çempionluq barədə düşünmür.

F-1.az xatırladır ki, italiyalı sürücü Le Manda mövsümdəki ikinci qələbəsini əldə edib və hazırda lider Françesko Banyayaya sadəcə 1 xal uduzur. Lakin Marko yerlisi Françeskodan fərqli olaraq, keçən ilin motosikletini sürür. Buna görə də işi elə də asan görünmür.

Marko Bezzekki: “Hazırda Pekkoya yaxın olmaq gözəldir. Ancaq düzünü desəm, titul barəəd düşünmürəm. Eyni həftəsonunda keçirilən sprint və əsas yarışa nəzər saldıqda görürük ki, hər şeyi qazanmaq ya da itirmək çox asandır. Buna görə də yoluma davam edirəm. Hər həftəsonu barədə ayrı düşünmək və əla komandamla motosikletdən həzz almaq istəyirəm.

Növbəti yarış Mucellodadır. Əminəm ki, bizi gözəl həftəsonu gözləyir”.

Qeyd edək ki, Marko Fransadakı sprint yarışında 7-ci, əsas yarışda isə qalib gəlib. Onun qalib gəlməsində Banyaya və Vinyalesin yıxılmasının müstəsna rolu olub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*