F-1.az xatırladır ki, Marini uzun illər Moto2-də mübarizə apardıqdan sonra VR46 ilə MotoGP-yə gəlmiş və bu keçidin qohumluq əlaqələrinə görə olduğu iddia edilmişdi.
Marko Bezzekki: “Luka sürətlidir və burada yarışmağa layiqdir. Valentino da sürücülərə fərq qoymur. Bir-birimizi uzun illərdir tanıyırıq və bu bizim üçün üstünlükdür. İkimiz də bir-birimizin necə işlədiyini, motosikletdə nəyi sevdiyimizi bilirik.
Vale əla başladı, çünki ilk ilimizdə bizə bəzi qaydalar qoyaraq, rahat olmağımızı təmin etdi. Bəzi üstünlüklərimiz var, çünki bir yerdə
idman edirik. Bu da komandadaxili münasibətləri yaxşılaşdırır. İşlər tərs gedəndə daha çox məyus olursunuz.
Məsələn, tanımadığım sürücü axmaq manevr edəndə əsəbiləşirəm və o dəqiqə keçir. Ancaq dostlarımdan biri bunu edəndə daha çox məyus oluram”.