F-1.az xatırladır ki, italiyalı sürücü keçən həftəsonu həm komandasının, həm də özünün MotoGP-dəki ilk qələbəsini əldə etmişdi.
Marko Bezzekki: “Yarış asan keçmədi və belə yarışlarda çətinliklər çox olur. Düzünü desəm, yaxşı performansımın səbəbini bilmirəm. Sadəcə özümü yaxşı hiss edirdim və motosikletə yaxşı davranırdım.
Təkərlərin tez öldüyünü bilidim. Buna görə motosikletə daha nəzakətli davrandım. Bundan başqa diqqətimi toplamaq üçün özümlə danışırdım, çünki ilk dəfə neçə dövrə keçdiyinə baxanda gördüm ki, finişə 14 dövrə qalıb. Öz-özümə yarış tez gedir dedim, amma o 14 dövrə bitmək bilmirdi”.