M.Bezzekki: Elə bildim podiumu itirəcəm

VR46 komandasının sürücüsü Marko Bezzekki bildirib ki, motosikletdə titrəmə əmələ gəldiyi üçün ikinciliyi itirməkdən qorxub.

F-1.az xatırladır ki, italyan sürücü bütün həftəsonu ərzində Assendə dominantlıq etmişdi. O, həm sərbəst yürüşlərdə, həm sıralanma turunda, həm də sprint yarışında hamıdan üstün olmuşdu. Bu da onu qələbə üçün ən böyük favorit edirdi. Lakin 25 yaşlı sürücü əsas yarışda Françesko Banyayadan sonra ikinci olub.

O, ikinci yer uğrunda mübarizədə Bred Binderi çox gec keçib. İtaliyalı sürücü bu ötməni etmək üçün 17 dövrə gözləyib. Daha sonra qələbə üçün Banyayaya yaxınlaşsa da, daha sonra tempi aşağı düşüb və finişə ikinci yerdə çatıb.

Marko Bezzekki: “Pekko Medium təkərlərlə məndən daha güclü idi. Son ana qədər Soft təkərləri götürmək istəsəm də, riskə getmədim.

Bredi keçəndə isti hava və təzyiqlə mübarizə aparmalı oldum. Onu keçərkən Pekko kimi özümə inamım yox idi. Bəzi səhvlər etdim, amma beşinci döngədə onu keçə bildim. Altıncı döngədə əyləcə basmadan onun önündə idim. Daha sonra Pekkoya çatmağa çalışdım, amma motosikletdə problem yaşadım. Arxa tərəf çox titrəyirdi. Doğrudan da qəribə idi. Xüsusən də sürətli döngələrdə motosikleti çox yatızdıra bilmirdim.

Bunu gözləmirdim. Əlimdəki bütün düymələrə basaraq, vəziyyətə nəzarət etməyə çalışsam da , heç nə düzəlmədi. Mübarizəni dayandırmadığım üçün xoşbəxtəm, çünki podiumu itirməkdən qorxurdum. Elə bilirdim ki, məni keçəcəklər. Bütün bunları nəzərə alanda çox sevinirəm, çünki əlimdən gələnin ən yaxşısını etdim.

Bu həftəsonu gördüyümüz işdən razı qalmalıyıq. Normalda sıralanma turunda zəif olsam da, bütün sessiyalarda birinci oldum və poul qazandım. Yay tətilindən əvvəl yaxşı nəticə qazansanız, xoşbəxt olarsınız. Amma indidəm növbəti yarışı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Marko Bezzekki bu podiumdan sonra ikinci yerdəki Xorxe Martinlə fərqi 1 xala endirib. İtaliyalı sürücü bu mövsüm 2 yarış qazanıb və hazırda çempionatın lideri Françesko Banyayadan 36 xal geridə qalır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*