F-1.az bildirir ki, faciəvi xəbər FİA tərəfindən təsdiqlənib, amma qurum başqa açıqlama verməyəcək, çünki Muhamməd detalların gizli qalmasını istəyib.
Qeyd edək ki, Saif Ben Sulayem maşınlara və avtoidmana həvəsli idi və bir ara atasının yolunu davam etdirərək yarış sürücüsü olmuşdu. O, bir müddət Loqan Sarcent və Oskar Piastri ilə BƏƏ Formula4 seriyasında mübarizə aparmışdı və bir neçə dəfə onluğa düşərək, xal almışdı. Lakin Saif beynəlxalq arenada çıxış edə bilməmişdi.
Atası Muhamməd Ben Sulayem isə dəfələrlə Yaxın Şərq ölkələrində ralli çempionu olub və 2021-ci ilin dekabr ayında FİA-nın prezidenti seçilib.