M.Ben Sulayem: Ürəyimiz Türkiyə ilədir

FİA-nın prezidenti Mohammed Ben Sulayem bildirib ki, ürəyi Türkiyə ilədir.

F-1.az xatırladır ki, Qəhrəmanmaraş mərkəzli zəlzələdən sonra Türkiyənin 10 fərqli şəhərində böyük dağıntılar olub və hazırda olan statistikaya görə 3549 nəfər dünyasını dəyişib. Ölülərin və yaralıların sayı gün keçdikcə artmaqdadır.

Mohammed Ben Sulayem: “Düşüncələrimiz Türkiyədəki qorxulu zəlzələnin qurbanları, ailələri və ölkədəki bütün dostlarımızladır. Ürəyimizn onların yanındadır”.

Qeyd edək ki, Türkiyə Qran Prisi 2005-ci ildən etibarən fasilələrlə 9 dəfə keçirilib və onların birində titulun taleyi həll olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*