F-1.az xatırladır ki, Rəykkönen builki yarışı da keçənilki kimi ikinci yerdə bititib. Rəykkönen pis start alaraq geriləsə də, sona qədər mübarizə aparıb və finişdə ikinci olub.
Mauriitsio Arrivabene: “Kimi yarışboyu möhtəşəm idi. Çox möhtəşəm idi. O, Rikkardonu xarici trayektoriya ilə keçdi və mənə keçmişdəki Rəykköneni xatırlatdı. Hətta keçmişdəki Formula1-i xatırladım. Məncə, Kimi çox yaxşı yarışdı”.
Arrivabene qeyd edib ki, Rəykkönenin pis start almasına səbəb barmağının ilişmə muftası linkindən sürüşməsi olub: “Eşitdim ki, barmağı linkdən sürüşüb. Belə şeylər ola bilər. Çox sürüşdü və bir az vaxt itirdi. Amma daha sonra inanılmaz işlər gördü”.