F-1.az xatırladır ki, Rəykkönen keçən il Fetteldən, 2014-cü ildə isə Fernando Alonsodan böyük fərqlə geridə qalmışdı. Amma finlandiyalı yeni müqavilə imzalayaraq komandada qalmışdı və bu il daha yaxşı performans göstərərək hazırda Fetteli 5 xal qabaqlayır.
Mauritsio Arrivabene: “Hamı Kiminin performansını görəndə təəccüblənir, amma təəccüblənəsi heç nə yoxdur. O, Dünya Çempionudur və çox sürətlidir. Son illərdə bəzi problemləri oldu. Amma artıq özünü komandanın bir üzvü kimi hiss edə bilir və buna görə də işinə daha yaxşı fokuslanır.
Kimi ilə Sebastyanın münasibəti yaxşıdır. Bunun da faydası olur. Onun ətrafındakı insanlara güvənməsi çox önəmlidir. Belə olan halda əlindən gələnin ən yaxşısını edir. O, limitlərdə sürmək lazım olanda limitlərdə sürür”.
Arrivabene son günlərdə “Ferrari komandasında qorxu havası var” şayiələrini təkzib edib. Xatırladaq ki, Ferrari-nin sabiq işçilərindən olan Luka Baldisseri italyan komandasının qorxaqlardan ibarət olduğunu demişdi: “Komanda daxilindəki atmosfer kənardan göründüyü kimi deyil. Bu, köhnə söhbətdir. Ferrari İtaliyada futbol üzrə yığma komanda kimidir. Komandada təzyiq olması normal haldır. Buna görə də bu təzyiqlə yaşamalısınız. Biz gördüyümüz işə fokuslanırıq və öz yolumuzu izləyirik. Bu, işimizin bir parçasıdır.
Əgər siz Maranelloda və Ferrari kimi komandada işləyirsinizsə, bütün bunları sevsəniz də, sevməsəniz də qəbul etməlisiniz”.