M.Arrivabene: “Rəykkönen əsl çempion kimi yarışdı”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Rəykkönen Macarıstanda əsl çempion kimi mübarizə aparıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa ikinci yerdən başlayıb və yarış ərzində sükanla bağlı problem yaşayan Fetteli izləməli olub. 37 yaşlı sürücü ötmə üçün komandadan icazə istəsə də, bu baş verməyib və Rəykkönen ikinciliklə barışmalı olub…

Mauritsio Arrivabene: “Sebastyanın sükanında problem yaransa da, əla iş görərək, yarışı qazandı. Təbii ki, bunu təkbaşına etdiyini demək doğru olmaz. Arxasında Kimi ona çox dəstək verdi. Əsl çempion kimi sürdü və Mercedes-lərin onu keçməsinə icazə vermədi. Dubl etmək həmişə gözəldir və bu mövsüm ikinci dəfə bu uğura imza atırıq. Axarıncı olması üçün çox işləməliyik. Mühəndislər Kubokunda hələ də geridəyik və yay tətilindən sonra fərqi daha da azaldaraq, önə keçmək istəyirik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*