F-1.az xatırladır ki, Rəykkönen yarışa üçüncü yerdən başlayıb və yarışın startında Bottası keçərək, ikinci yerə yüksəlib.
Təhlükəsizlik avtomobilindən sonra Bottas və Həmilton Rəykköneni keçiblər. Amma finlandiyalı sürücü pit-stoplardan sonra Bottası keçərək yarışı 3-cü yerdə bitirə bilib.
Mauritsio Arrivabene: “Rəykkönen? Yaxşı yarışdı, ancaq təhlükəsizlik avtomobilindən sonra daha güclü ola bilərdi”.
Qeyd edək ki, Rəykkönenin Ferrari-dəki gələcəyi hələ də məlum deyil. Arrivabene bu barədə danışıb: “Onunla müqavilə bağlayıb-bağlamayacağımızı bilmirəm. Onun yarışmaq istəyi var, amma bəzi şeylər sizdən asılı olmur. Mən onun qalması üçün əlimdən gələni edirəm. Görək, gələcəkdə nə olur”.