F-1.az xatırladır ki, yarışın son dövrəsində 3-cü yer uğrunda mübarizədə Ferstappen Rəykköneni qabaqlamış, amma daha sonra stüardlar hollandiyalı sürücünün trası kəsdiyini əsas gətirərək, gənc sürücüyə 5 saniyə cəza vermişdilər.
Mauritsio Arrivabene: “Sebastyan yaxşı start alaraq, liderliyə yüksəldi. Kimi isə güclü komanda yoldaşı olduğunu göstərdi. Hər iki sürücümlə də qürur duyuram. Podium Kimi üçün sürpriz deyil. Əgər 4 təkərlə də trasdan çıxıb üstünlük qazansanız, cəza alarsınız. Amma Kiminin belə asan təslim olması mənə qəribə gəldi. Podiuma layiq idi”.