F-1.az xatırladır ki, Arrivabene mövsüm ərzində sərt tənqidlərə tuş gəlmiş və işləri qaydasına qoyacaqlarını demişdi. Ferrari-nin rəhbəri bildirib ki, mövsüm istədikləri kimi getməsə də, təslim olmayıyıblar və sona qədər mübarizə aparıblar. Amma nəticə istədikləri kimi olmayıb.
Sebastyan Fettel Əbu Dabidə 3-cü olsa da, təkər yeyilməsinə görə əziyyət çəkən Rəykkönen yarışı 6-cı yerdə bitirib.
Mauritsio Arrivabene: “Sebastyanın qazandığı podium bizə əhval-ruhiyyə qazandıracaq. Bazadakı bütün işçilər buna layiq idilər. Təslim olmadığımızı bu nəticə ilə hamıya göstərdik. İlin əvvəlindəki hədəflərimizə çata bilməsək də, bu yarış doğru yolda olduğumuzu göstərdi”.